Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Zelenskinin Rusiya xalqını əyləndirən videosu gündəm oldu

Tarix :
Zelenskinin Rusiya xalqını əyləndirən videosu gündəm oldu

24 fevral 2022-ci ildən Rusiya ilə müharibə aparan Ukrayna lideri Zelenskinin düz 10 il əvvəl çəkilmiş görüntüləri gündəmə gəlib.
Almaniyanın "Bild" nəşri Zelenskinin illər əvvəl çəkilmiş görüntüləri yayımlayıb. 
Videoda Zelenski Yeni il şənliyində rusiyalı izləyiciləri əyləndirir. Görüntülərin 2012-2013-cü illərdə Rusiya televiziya kanallarının birində qeydə alındığı bildirilir.
Həmçinin, "Bild" Zelenskinin ölkə başçısı olmadan əvvəl komediya aktyoru kimi tanındığını qeyd edib. 
Qəzet yazıb ki, Zelenski rusiyalı komediya ustası Maksim Qalkinlə kamera qarşısına keçib.
Bildirək ki, Qalkin də müharibə başlayandan bir müddət sonra Rusiyadan İsrailə qaçıb.