Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Çin vətəndaşlarının girişini məhdudlaşdıran ölkələrə qarşı cavab tədbirləri görəcək

Tarix :
Çin vətəndaşlarının girişini məhdudlaşdıran ölkələrə qarşı cavab tədbirləri görəcək

Çin koronavirusla mübarizə üçün qabaqlayıcı tədbirlər bəhanəsi ilə çinlilərə giriş məhdudiyyəti qoyan ölkələrə qarşı cavab tədbirləri görəcək.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mao Nin bildirib.
"Siyasi məqsədlərə nail olmaq üçün epidemiyanın qarşısının alınması və nəzarət tədbirlərinin manipulyasiyası cəhdlərinə qəti şəkildə qarşıyıq”, - o deyib.
Onun sözlərinə görə, Çin fərqli vəziyyətlərdən asılı olaraq müxtəlif ölkələrə münasibətdə uyğun tədbirlər görəcək.
Xatırladaq ki, 2022-ci ilin sonunda Çində COVID-19-a yoluxma hallarında artım qeydə alınıb. Buna görə də dünyanın bir sıra ölkələri Çin vətəndaşlarından PCR testi tələb edir. Buraya xüsusilə, İngiltərə (Böyük Britaniyanın digər ölkələri aid deyil), İtaliya, İspaniya, İsrail və Yaponiya daxildir.