Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Salma Hayekin makiyajsız fotosu gündəm oldu

Tarix :
Salma Hayekin makiyajsız fotosu gündəm oldu

56 yaşlı amerikalı aktrisa Salma Hayek makiyajsız fotosunu paylaşıb.
 
Məşhur ulduz Yeni il sonrası şəklini İnstaqram səhifəsində 22 milyondan çox abunəçisi ilə paylaşıb.
 

Meksika əsilli məşhur yeni il bayramından sonra səhər çəkdirdiyi fotonu yayımlayıb. Salma Hayek makiyajsız və fotoşopsuz görünüb.
 
Aktrisa Yeni ilin ilk şəfəqini dağların fonunda bej rəngli pijamalarda və bir fincan qəhvə ilə qarşılayıb.
 
Aylin
 
"Hamınızın Yeni iliniz mübarək, sevimli insanlar, sevginizi bölüşdüyünüz, mənə dəstək olduğunu hiss etdirdiyiniz və məni dəfələrlə güldürdüyünüz üçün təşəkkür edirəm. Mən həmişə hamınızdan öyrənirəm və ümid edirəm ki, Yeni ildə çoxlu xeyir-dualar alacaqsınız" - deyə Hayek izləyicilərini bayram münasibətilə təbrik edib.
 
 
 
Qeyd edək ki, ekran Salma Hayek fransız iş adamı Fransua Anri-Pinotla ailəlidir. Onların evliliyindən 15 yaşlı qızı Valentina var. Məşhur tez-tez övladını ictimaiyyət qarşısına çıxarır.