Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İranda daha bir etirazçıya ölüm hökmü verildi - FOTO

Tarix :
İranda daha bir etirazçıya ölüm hökmü verildi - FOTO

İranın Ali Məhkəməsi daha bir etirazçıya ölüm hökmü çıxarıb.
Məlumata görə, Məhəmməd Boruqani edama məhkum edilib.
Hökmdə bildirilir ki, o, təhlükəsizlik qüvvələrinin əməkdaşlarından birinə soyuq silahla qəsdən xəsarət yetirib.
Təqsirləndirilən şəxs həmçinin Teher əyalətinin cənub-şərqində yerləşən Pekdaşt şəhərinin prefekturasının binasını yandırıb.
“Məhəmməd Boruqani öz hərəkətləri ilə vətəndaşlar üçün qorxu və etibarsızlıq mühiti yaradıb”, - məhkəmədən bildirilib.
Xatırladaq ki, İranda etirazlar sentyabr ayında 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb.