Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bakı-Astara yolunda güclü partlayış - ÖLƏN VAR (VİDEO-YENİLƏNİB)

Tarix :
Bakı-Astara yolunda güclü partlayış - ÖLƏN VAR (VİDEO-YENİLƏNİB)

Qobustanda "Kamaz" markalı yük avtomobili yanacaqdaşıyan avtomobillə toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın başlayıb. Yoldan keçən bir neçə avtomobil yanıb. Hadisə nəticəsində bir nəfər ölüb.
Hazırda Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində iş aparılır. Ərazidə təhlükəsizlik tədbirləri görülür.
**** 
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə ilkin məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.