Televizor ustası özünü iş yerində asıb.
Hadisə Şəki şəhərində qeydə alınıb.
Belə ki, Şəki şəhər sakini, 1967-ci il təvəllüdlü Bəxtiyar Hüseynov televizor təmiri ilə məşğul olduğu iş yerində özünü asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.