Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Britaniyanın baş naziri üçün “dəhşətli yeni il reallığı”

Tarix :
Britaniyanın baş naziri üçün “dəhşətli yeni il reallığı”

Böyük Britaniyanın Baş naziri Rişi Sunak 2023-cü ilin əvvəlində bir sıra ciddi çətinliklərlə üzləşib.
Hazırkı baş nazir vurğulayıb ki, hökumət britaniyalıların prioritetlərini birinci yerə qoyacaq. Bununla yanaşı, artıq yeni ildə Sunak “dəhşətli reallıqla üzləşə bilər”.
Siyasətçi üçün ilk belə xəbər yerli təcili yardım şöbəsinin baş həkiminin “fəlakətli” etirafı ola bilər, o, şöbələrdəki uğursuzluqlar səbəbindən hər həftə 500-ə qədər xəstənin dünyasını dəyişdiyini deyir.
Sunaka başqa bir zərbə isə rəsmi miqrasiya məlumatları olub - 2021-ci ildə 45 756 miqrant La-Manş boğazını keçib. Eyni zamanda, hökumət insan qaçaqmalçılığını dayandırmaq cəhdinə qarşı fəal mübarizə aparıb.
Sunak üçün digər problemlər Britaniyadakı inflyasiya və böhran ola bilər.
Daha əvvəl Sunak bildirib ki, Britaniyanın iqtisadi problemləri 2023-cü ildə aradan qalxmayacaq.
Mənbə: The Daily Mail