Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bakıda yaşayış binasında güclü partlayış, ölən və yaralılar var -(FOTOLAR+YENİLƏNİB)

Tarix :
Bakıda yaşayış binasında güclü partlayış, ölən və yaralılar var -(FOTOLAR+YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
FHN-in saytı xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, on səkkiz mərtəbəli yaşayış binasının on səkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.
Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
Əlavə məlumat veriləcək.
17:20
xxx
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib.
Əlavə məlumat veriləcək.
***16:15
Bu gün saat 16 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış olması ilə bağlı polisə məlumat daxil olub. 
DİN-in mətbuat xidmətindən bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə  hadisə yerinə cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür. 
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin ölüb.
***16:07
Bakıda yaşayıb binasında partlayış olub.
Bu barədə həmin ərazidə yaşayanlar məlumat paylaşıb.
Hadisənin hündürmərtəbəli binanın sonuncu mərtəbəsində qeydə alındığı bildirilir.


  • Bakıda yaşayış binasında güclü partlayış, ölən və yaralılar var - VİDEO (FOTOLAR+YENİLƏNİB)
  • Bakıda yaşayış binasında güclü partlayış, ölən və yaralılar var - VİDEO (FOTOLAR+YENİLƏNİB)
  • Bakıda yaşayış binasında güclü partlayış, ölən və yaralılar var - VİDEO (FOTOLAR+YENİLƏNİB)