Türkiyənin məşhur “Kim milyoner olmak ister?” verilişinin Yeni il buraxılışında Azərbaycanla bağlı sual marağa səbəb olub.
Proqramda aktyor Oktay Kaynarca qonaq olan vaxt ““Anaokulu”nun Azərbaycan dilindəki adı hansıdır?”, - deyə, soruşulub.
Cavablar arasında isə “balacalar tarlası”, “uşaq bağçası”, “kiçiklər bostanı”, “körpələr parniki” kimi variantlar yer alıb.
Kaynarca 50 min lirə dəyərindəki bu suala düzgün cavab verməyi bacarıb.