Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Moskvada 50 illik temperatur rekordu qırıldı

Tarix :
Moskvada 50 illik temperatur rekordu qırıldı

Bazar günü axşam Moskvada hava +4,3 dərəcəyə qədər istiləşib.
Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, 50 ildən sonra yanvarın 1-də paytaxtda yeni istilik rekordu qeydə alınıb.
Bundan əvvəlki ən isti gün 1973-cü il yanvarın 1-nə təsadüf edib. O zaman hava 4,2 dərəcəyə qədər isinib.
Qeyd edək ki, 2023-cü il yanvarın 1-i Sankt-Peterburqa da meteoroloji müşahidələr tarixində ən isti hava şəraiti olub. Rusiyanın şimal paytaxtında havanın temperaturu 4,8 dərəcəyə çatıb.