Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bu elan eşidənləri ŞOKA SALDI: Diri-diri basdırmaq üçün 3 milyon istədilər

Tarix :
Bu elan eşidənləri ŞOKA SALDI: Diri-diri basdırmaq üçün 3 milyon istədilər


Rusiyada yayılan bir elan səs-küyə səbəb olub. 
 
Rusiyalı Yakaterina Preobrazhenskaya "qorxu və narahatlıqların stress terapiyası" adlı şirkət qurub.  
 
Sözügedən qurum bir saatlıq diri-diri basdırılacaq müştəri axtarışına çıxıb.
 
“New York Post” qəzetindəki xəbərə görə, Preobrazhenskaya bu xidmətin müştərilərinə qorxu və narahatlıqlarının öhdəsindən gəlməyə kömək etdiyini iddia edib.
 
Məlumata görə, şirkət tərəfindən müştərilərə iki paket təklif olunub.
 
Müştərilərin bir saat ərzində diri-diri basdırıldığı təklifin qiyməti üç milyon yarım rubl, onlayn cənazə üçün isə 900 min rubl tələb edilib.