Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

200 miqrantı daşıyan qayıq batdı

Tarix :
200 miqrantı daşıyan qayıq batdı

Livanın şimalında 200 qeyri-qanuni miqrantı daşıyan qayıq batıb. 
Bu barədə Livan ordusu açıqlama yayıb. 
Ordunun "Twitter" hesabında qeyd edilib ki, qeyri-qanuni yollarla Livandan çıxmağa çalışan miqrantları daşıyan gəmi Silata sahillərində batıb. 
Livan-İsrail sərhədində xidmət edən Hərbi Dəniz Qüvvələrinə aid 3 qayıq və Birləşmiş Millətlər Müvəqqəti Sülh Mühafizə Qüvvələrinə (UNIFIL) aid bir gəminin nizamsız miqrantların xilas edilməsi üçün hərəkətə keçdiyi bildirilib.
Bəyanatda qeyri-qanuni miqrantların milliyyəti və taleyi ilə bağlı məlumat verilməyib.