Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Xarkovda şam ağacı almağa gedən ailə minaya düşdü

Tarix :
Xarkovda şam ağacı almağa gedən ailə minaya düşdü

Ukraynanın Xarkov vilayətində ailə avtomobillə minaya düşüb. Partlayış nəticəsində bir nəfər ölüb.
Bu barədə Xarkov qarnizonunun rəisi Sergey Melnik “Telegram”da xəbər verib.
Onun sözlərinə görə, ər və arvad şam ağacı almağa gedirlərmiş. Onlar mina təhlükəsi işarəsinə məhəl qoymayıblar.
Partlayış nəticəsində kişi aldığı xəsarətlərdən dünyasını dəyişib. Qadın sağ qalıb, lakin xəsarət alıb.
General sakinləri diqqətli olmağa çağırıb:
“Bir daha bütün sakinlərdən xahiş edirəm ki, maksimum diqqətli olsunlar. Bizim rayon belə sərbəst hərəkət üçün təhlükəlidir. Yalnız sübut olunmuş yollarda maşın sürün, sayıqlığı itirməyin və xəbərdarlıq nişanlarına etinasız yanaşmayın”.