Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Finlandiya müdafiə naziri: “2023-cü ilin iyuluna kimi NATO-ya üzv olacağımıza inanıram”

Tarix :
Finlandiya müdafiə naziri: “2023-cü ilin iyuluna kimi NATO-ya üzv olacağımıza inanıram”

“NATO-nun 2023-cü il iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitinə qədər ölkə Alyansa üzv olacaq”.
Bu barədə Finlandiyanın müdafiə naziri Antti Kaykkonen bildirib.
“Düşünürəm ki, Vilnüs sammitinə qədər Finlandiyanın NATO-ya üzv olacağına inanmaq üçün kifayət qədər əsaslar var”, - deyə Kaykkonen qeyd edib.
“Biz NATO-ya üzvlük meyarlarına cavab veririk. Eyni zamanda Finlandiya, İsveç və Türkiyənin Madrid sammitində imzaladığı anlaşma memorandumuna sadiqik”, - deyə nazir əlavə edib.
Mənbə: Evropeyskaya pravda