Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Fillipində daşqın oldu, 25 nəfər öldü

Tarix :
Fillipində daşqın oldu, 25 nəfər öldü

Filippində daşqın qurbanlarının sayı 25 nəfərə çatıb, bundan əlavə, daha 9 nəfər xəsarət alıb. 
Xarici KİV xəbər verir ki, məlumatı Filippin Fövqəladə Hallar Şurası yayıb.
Qeyd edilib ki, Bikol bölgəsində, Visayas və Mindanao adalarında katolik Milad bayramı günü baş verən daşqın və torpaq sürüşmələri nəticəsində 26 nəfər itkin düşüb.
909 ev və tikili tamamilə dağılıb, 32 infrastruktur obyektinə ziyan dəyib. 1,4 min insan təxliyə edilib. Onlardan 292 nəfər evakuasiya mərkəzlərindədir.
63 şəhərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Filippin Fövqəladə Hallar Şurasının məlumatına görə, 70-ə yaxın şəhərdəki məktəblərdə dərslər ləğv edilib.