Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İran ordusu yeni hərbi təlim keçirəcək

Tarix :
İran ordusu yeni hərbi təlim keçirəcək

"İran ordusu növbəti təlimlərinə hazırlaşır".
ISNA xəbər verir ki, bunu İslam Respublikası Ordusunun sözçüsü Şahin Təqixani bildirib.
O, il ərzində müxtəlif təlimlərin keçirildiyini və hərbi təlimlərin davam etdiriləcəyini açıqlayıb.
Briqada generalı Şahin Təqixaninin sözlərinə görə, yaxın vaxtlarda İranın cənub-şərqində növbəti təlim keçiriləcək.
O əlavə edib: "Silahlı qüvvələrin təlimləri düşmənlərə lazımi mesaj verir və ölkəyə hər hansı bir hücum fikrini onların beynindən uzaqlaşdırır".