Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İran İsrail kəşfiyyatının 10 agentini həbs etdi

Tarix :
İran İsrail kəşfiyyatının 10 agentini həbs etdi


İranın təhlükəsizlik qüvvələri Qərbi Azərbaycan vilayətində İsrailin Xarici Kəşfiyyat Xidməti (Mossad) ilə əlaqəli 10 nəfər həbs olunub.
Bu barədə məlumatı “Fars” agentliyi yayıb.
Məlumata görə, sözügedən şəxslər Qərbi Azərbaycan vilayətində, Tehran və Hürmüzganda “Mosad” zabitəri ilə internet üzərindən birbaşa əlaqədə olublar. 
Bildirilir ki, həbs olunan şəxslərin əsas tapşırığı Qərbi Azərbaycan vilayətində İsraillə mübarizə sahəsində fəaliyyət göstərən İran kəşfiyyatçılarını müəyyən etmək olub.
Həmçinin iddialara görə, həmin şəxslər İranın kəşfiyyat və təhlükəsizlik qüvvələrinin bəzi əməkdaşlarını qətlə yetirməyə cəhdlər də göstərib.