Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyada müəllim soyuqdan donaraq öldü

Tarix :
Rusiyada müəllim soyuqdan donaraq öldü

Rusiyanın Perm diyarının Kunqur şəhərində müəllim soyuqdan donaraq ölüb. 
Məlumatı Regional İstintaq Komitəsi Rusiya KİV-lərinə təsdiqləyib. 
Liseyin bədən tərbiyəsi müəllimi restoranda keçirilən korporativ məclisdən sonra taksiyə minərək evinə gedib, lakin naməlum səbəbdən sürücü onu şəhərdən bir qədər aralıda düşürüb. O, təyinat yerindən təxminən iki-üç kilometr uzaqda ölü tapılıb.
İdarə qadın ölümünün cinayət xarakterli olmadığını vurğulayıb. Faktla bağlı araşdırma aparılır.