Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İspaniyada sərnişin avtobusunun çaya düşməsi nəticəsində ölənlərin sayı artıb

Tarix :
İspaniyada sərnişin avtobusunun çaya düşməsi nəticəsində ölənlərin sayı artıb

 Ötən şənbə günü İspaniyanın şimal-qərbində yerli vaxtla saat 21:30 radələrində Luqo və Viqo şəhərləri arasında sərnişin daşıyan avtobus körpüdən keçərkən Lerez çayına çırpılıb. Səlahiyyətlilərdən verilən açıqlamada qəzada həyatını itirənlərin sayının 6-ya yüksəldiyi bildirilib. 2 yaralının müalicəsinin davam etdiyi bildirilib. Axtarış-xilasetmə işlərinin tamamlandığı, lakin avtobusun çaydan çıxarılması istiqamətində əməliyyatların davam etdiyi bildirilib. Digər tərəfdən, qəzadan sağ çıxan 63 yaşlı sürücü spirtli içki və narkotik testindən keçirilib və testin nəticəsi mənfi çıxıb.