Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Yunanıstanda qripə yoluxma halları artıb

Tarix :
Yunanıstanda qripə yoluxma halları artıb

Soyuq hava ilə birlikdə qripə yoluxanların sayının ciddi şəkildə artdığı Yunanıstanda gündəlik yoluxanların sayı təxminən 30 minə yüksəlib. Girit Universiteti Tibb Fakültəsi Sinə Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Nikos Canakis açıqlamasında qrip infeksiyasının yaşlılarda və uşaqlarda daha şiddətli olduğunu ifadə edib. Canakis, hadisələrin artmasında maska və gigiyena qaydalarına əməl edilməməsinin də roluna diqqət çəkib. Qrip peyvəndinin əhəmiyyətini vurğulayan Canakis, "Yunanıstanda gündəlik xəstə sayı indi təxminən 30 minə çatıb. Yanvar ayında bu rəqəm 100 minə çata bilər. Özümüzü qorumaq üçün peyvənd olunmalıyıq" dedi. Yunanıstanın Milli Xalq Sağlamlığı Agentliyi (EODY) bu il 78 yaşlı qadının qripdən öldüyünü açıqlayıb.