Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyada hərbi komissarlığa hücum oldu, 2 nəfər öldü

Tarix :
Rusiyada hərbi komissarlığa hücum oldu, 2 nəfər öldü

Rusiyanın Kabarda-Balkar Respublikasında Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən əməliyyat keçirilib.
Rusiya mətbuatı xəbər verir ki, iki yerli sakinin hərbi komissarlığa hücum etməyə hazırlaşdığı barədə məlumat əldə edilib.
Onlar barədə cinayət işi açılıb. Paytaxt Nalçik şəhəri yaxınlığında əməliyyat keçirilərək onların saxlanılmasına cəhd olunub.
Bildirilib ki, onlar müqavimət göstərib və əməliyyat çərçivəsində hər iki şəxs FTX tərəfindən cavab atəşi ilə zərərsizləşdirilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir./Modern.az