Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Dedi ki, sənə bunu icazə verirəm” - Gülay

Tarix :
“Dedi ki, sənə bunu icazə verirəm” - Gülay

“Mən muğamdan və xalq mahnılarından küsməmişəm. Elə məclislərdə oluram ki, orada muğam, xalq mahnıları, bəstəkar əsərləri ifa edirəm”.
Olay xəbər verir ki, bu sözləri “Səhərin səsi” verilişində müğənni Gülay Zeynallı deyib.
O bildirib ki, estrada mahnıları ilə yanaşı muğam da oxumağa davam edir:
“Sənətimi çox sevirəm. Zamanında müəllimim, Xalq artisti Arif Babayev dedi ki, hər janrda oxu, sənə ustadın kimi icazə verirəm. Şükür allaha mənim küskünlüyüm yoxdu. İlk addımlarımda, tar-kamança, qavalla gəlmişəm. Qavalda yaxşı ifa edirəm. Verilişdə canlı ifa şəraiti olsun, canla-başla oxuyarıq. Mən saatlarla el şənliklərində canlı oxuyuram. Proqramlarda olmasa da, tədbirlərdə canlı ifalar səsləndirirəm”.