Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyalı oliqarx faciəvi şəkildə öldü

Tarix :
Rusiyalı oliqarx faciəvi şəkildə öldü

Nəhəng kolbasa şirkətinin sahibi, rusiyalı iş adamı, deputat Pavel Antov Hindistanda lüks otelin pəncərəsindən yıxılaraq ölüb.
Bu barədə NDTV telekanalı məlumat yayıb.
Bildirilir ki, 65 yaşlı rusiyalı Rayaqada yerləşən otelinin üçüncü mərtəbəsindən yıxılıb.
Ehtimal olunur ki, Antov dekabrın 22-də həmin oteldə vəfat edən dostu Vladimir Bıdenovun ölümü ilə əlaqədar depressiyaya düşüb və intihar edib. Bıdenov da öz otağında huşsuz vəziyyətdə və yanında bir neçə boş şərab şüşəsi ilə tapılıb. Onun infarkt keçirdiyi bildirilir.
Deputatın ölümünün səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Məlumata görə, evli və bir uşaq atası olan Antov illik 157 milyon dollar gəlir əldə edirdi.