Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Müqayis Verdiyev HƏBSXANANIN bir addımlığında... - Özünü iş adamı kimi təqdim edən Verdiyevin ali təhsili olmasa da, əla şantajçıdır...

Tarix :
Müqayis Verdiyev HƏBSXANANIN bir addımlığında... - Özünü iş adamı kimi təqdim edən Verdiyevin ali təhsili olmasa da, əla şantajçıdır...

Verdiyevin həyat  şüarı – Özümə yer eləyim, gör sənə...

Özünü  iş adamı kimi qələmə verən Müqayis Verdiyevi yaxından tanıyanlar bilir ki,  o konkret olaraq  heç bir tenderdə iştirak etmir, daha doğrusu, buna onun savadı, təhsili,  bacarığı çatmır, qabiliyyəti çatmır. Tenderdə iştirak etmək üçün  iş bacarığı olan qrupun, maliyyə və iqtisadi məsələlər üzrə savadlı işçilərin olmalıdır. Amma tanıyanlar bilir ki, Müqayis Verdiyevin heç  düz-əməlli  5-ci sinif təhsili də yoxdur. Bu adamın harada oxuması, hansı ixtisas üzrə təhsil alması da bəlli deyil. Amma adamları şantaj etməyi, təhdid etməyi, hədə-qorxu  gəlməyi  əla bacarır. Bəli, bu adamın sevimli şüarları var. Onlardan biri odur ki, vəzifəli adamlara deyir ki....
Sizin mənə pulunuz-paranız lazım deyil....Elə sizin yanınızda dayanmaq mənim üçün böyük şərəfdir... Və beləcə Müqayis Verdiyev vəzifə sahiblərinin yanında özünə yer edəndən sonra caynaqlarını işə salaraq, qarşısındakını təhdid etməyə, şantaj etməyə, şərləməyə, böhtan atmağa başlayır... Atalar demişkən, “Özümə yer eləyim, gör sənə...”  
Bu adam təkcə özü yox, yaxın dostlarını da bu ŞANTAJ ŞƏBƏKƏSİNƏ qoşa bilib. Bu adamın xüsusiyyətlərindən biri də özünü  yazıq, məzlum göstərmək, sızlamaq, ağlamaqdır ki...kimlərsə ona  kömək etsin... Müqayis  Verdiyev hər yerdə deyir ki, mənim arxamda yüksək vəzifəli şəxslər dayanır, kimdən nəyi istəsəm ala bilərəm... 
Müqayis Verdiyev  təkcə oturub-durduğu aşağıları deyil e, hətta yuxarıları da şantaj edə bilir... Və deyir ki, mən hesablaşdığım, məsləhət aldığım şəxslər var ki, hər ay onların pulunu, haqqını verirəm... Bu adam hətta müəyyən dərəcədə siyasiləşmiş  şantajçıdır. 
Belə ki, müxalif yönümlü  mətbuat nümayəndələri ilə hər ay görüşərək onları maliyyələşdirir. Kimlərləsə hər hansı bir mübahisəsi olduqda həmin şəxsi ictimailəşdirərək mediada ifşa etməyə çalışır. Bu adamın hətta falabaxmağı, səsdinləməsi, kimlərəsə gizli qulaq asması da var. Ağlınıza müasir dinləmə aparatı-zadı gəlməsin ee... 
Yox, Müqayis Verdiyev vəzifəli şəxslərin kimlərləsə danışığını az qala nöqtəsinə, vergülünə qədər deyə bilir. Deyir uşaq vaxtı mənə vergi verilib... Hələ Müqayis Verdiyevin başqa macəralarından danışımırıq. Bu yaxınlarda bir nəfərdən külli miqdarda pul alaraq ona obyekt tikmək üçün icazə də verib. Sonra isə aidiyyatı qurumlar bu məsələ ilə məşğul olduqda bəlli olur ki, Müqayis Verdiyevin verdiyi icazə sənədsiz və qanunsuz imiş. Hətta bəzi rayonlarda ticarət obyekti məqsədi ilə qapılar açmaqla da məşğuldur. Yəni icra hakimiyyətinin icazəsi olmadan... 
Bir sözlə, bu qanunsuz əməllərinə görə, yaxın zamanda Müqayis Verdiyevi  bağlı qapılar gözləyir... Onu yaxından tanıyanların dediyinə görə, heç bir təhsili olmayan Müqayis Verdiyev  bir zaman zavod direktoru Oruc Məmmədovun yanında  işləyərkən “stolba”, yəni sütun alveri ilə məşğul olub. Və bu yolla icra başçıları ilə əlaqə quraraq  onlarla münasibət yarada bilib. Və sonradan onları şantaj etməklə pullar qazanıb. 
Sözün qısası, dəfələrlə həbs olunan, amma islah olunmayan Müqayis Verdiyev  köhnə əməllərindən əl çəkmir. Atalar demişkən, su sənəyi suda sınar. Deyəsən, Müqayis Verdiyevin  vaxtı çatıb, yəni yenidən həbs olunmaq ərəfəsindədir. 
Məlumat üçün onu qeyd edək ki, Verdiyev Müqayis Cəmil oğlu 15.12.1955-ci il təvəllüdlü, Goranboy rayonu Xanqərvənd kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. M.C.Verdiyev Bakı Şəhər Məhkəməsinin 24.01.2000-ci il tarixli hökmü əsasında həmin dövr üçün qüvvədə olan AR CM-nin 93-8-ci maddəsinin 4-cü bəndi, 170-ci maddənin 3-cü bəndi, 148, 172 və 38-ci maddələri ilə 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Mənimsəmə və ya israf etmə yolu ilə özgəsinin əmlakını talama zərərçəkənə xeyli miqdarda ziyan vurmaqla törədildikdə; Rüşvət alma bir qrup şəxs tərəfindən qabaqcadan sövdələşmə əsasında edildikdə və ya dəfələrlə və ya hədə qorxu tədbiq olunmaqla edildikdə, yaxud külli miqdarda rüşvət alındıqda; Mənimsəmə; Vəzifə saxtakarlığı; Cinayətlərin məcmusu üzrə cəza təyin etmə). Azərbaycan Respublikası ACDİÜ məhkəməsinin 30.12.2002-ci il tarixli hökmü əsasında AR CM-nin 178.2.2, 178.2.3, 178.3.2, 256.3, 311.2, 66.3-cü maddələri ilə 08 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; (Dələduzluq təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; külli miqdarda ziyan vurmaqla törədildikdə; Balıq və digər su bioresurslarının qanunsuz tututlması şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə; Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma; Cinayətlərin məcmusu üzrə cəza təyin etmə). Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04.02.2015-ci il tarixli hökmü əsasında AR CM-nin 178.3.2, 179.3.2, 211.1, 66.3 və 67-ci maddələri ilə 09 il 14 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Gəncə Apellyasiya Məhkəməsinin 17.02.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilib AR CM-nin 179.3.2, 178.3.2, 66.3 və 67-ci maddələri ilə 05 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə; Mənimsəmə və ya israf etmə kulli miqdarda törədildikdə; Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma; Cinayətlərin məcmusu üzrə cəza təyin etmə və Hökmlərin məcmusu üzrə cəza təyin etmə). Azərbaycan Respublikası ACDİÜ məhkəməsinin 03.09.2018-ci il tarixli hökmü əsasında AR CM-nin 178.3.2, 62, 46.2, 222.2, 66.3, 66.4, 66.5-ci maddələri ilə 04 il müddətində azadlıqdan məhrum etmə və 02 il 06 ay müddətində dövlət orqanları və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmiş, daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 20.02.2019-cu il tarixli qərarı ilə 02 il 06 ay müddətində dövlət orqanları və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il 03 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 01.04.2019-cu il tarixli qərarı ilə 09 ay 06 gün vaxtından əvvəl şərti azad edilmişdir. (Dələduzluq kulli miqdarda ziyan vurmaqla törədildikdə; Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi; Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə; Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda; Cinayətlərin məcmusu üzrə cəza təyin etmə).
Şantajçı, hal-hazırda Hüquq Mühafizə Orqanlarında hədə-qorxu ilə pul tələbetmə maddəsi ilə istintaqı aparılan Müqayis Verdiyevə bir məsləhət verərdik. Hal-hazırda 10-HU-029 ağ rəngdə CL Mersedes markalı avtomobilin kimin adına olması çox maraqlıdır. Amma kişi pul da qazanar, maşın da sürər. Amma Müqayis Verdiyev bilirsən bu əmmaların arxasında nələr durur? Bu haqda növbəti sayımızda. 
Bir xatırlatma da etmək istərdik ki, Müqayis Verdiyev Muzdlu mirzələrinə de ki, bu yaxınlarda istintaq orqanlarında verəcəkləri ifadələrə diqqət yetirsinlər, çünki sən istər jurnalistdən , istər məmurdan öz xeyrin üçün istifadə edirmişsən. Həmin mirzələr də bilməlidir ki, sənin həbsindən sonra kimdən təlimat alacaqlar? Axı, bilirsən ki, artıq vəziyyətin o həddə çatıb ki, haqqında həbs qəti imkan tədbiri seçilə bilər. İstintaqdan yayınmaq, İstintaq Orqanlarının çağırışına getməmək birbaşa cinayəti təsdiq etmək kimi qəbul olunur. Bu azmış kimi "Cəhənnəmə gedən özünə yoldaş axtarır" devizindən istifadə edirsən. Edilən yaxşılıqları itirmək heç kimə yaraşmaz. Hətta, İcra Hakimiyyətlərində işləyən səlahiyyətli şəxsləri biri-birinə qarşı qoymaqdan belə çəkinmirsən. 
P.S. Yaxşı ki, zamanında işimizi etibarlı tutmuşuq.