Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Xəyanətə məruz qalan müğənni: “Özü öz səhvini anlayır“ - Video

Tarix :
Xəyanətə məruz qalan müğənni: “Özü öz səhvini anlayır“ - Video

Müğənni Dəniz Firudinlinin əri, dünya çempionu Samir Kazımovdan xəyanət üstündə boşandığı üzə çıxıb.
Bizim.media xəbər verir ki, bu haqda ifaçı "Maqazin plyus" verilişinə müsahibəsində deyib.
Dəniz başına gələn hadisəni bu cür ifadə edib:
"Gərək xəyanəti eləməyəsən. Əgər xəyanət edib, peşmançılıq duyub, onun əziyyətini çəkirsənsə, şəxsən mən onu bağışlamağı bacarıram. Qəlbən bağışlamasam da, amma zahirən bağışlayıram. İnsan olaraq bunu zamana buraxıram.
Özü öz səhvini anlayır və başa düşür ki, nə qədər böyük səhv edib. Mənim üçün yalan və xəyanət eyni şeydir. Kimin üçünsə ayrı ola bilər, amma mənim üçün eynidir. Yalan beynimə, qəlbimə toxunan bir şeydir. Qarşı tərəflə xoş münasibətdəsənsə, mehribansansa, xoşbəxtsənsə niyə ona yalan danışıb, xəyanət etməlisən? Niyə?"
Qeyd edək ki, cütlüyün toyu 2017-ci il martın 23-də paytaxt restoranlarının birində olmuşdu. Samir Kazımov kiqboksinq idman növü üzrə dəfələrlə dünya çempionu olub və bu idman növünün K-1 versiyası üzrə Avropa çempionudur. Dənizin ilk evliyindən bir övladı var.