Dekabrın 26-da Gürcüstanın Oni şəhəri yaxınlığında iki zəlzələ baş verib.
Xarici KİV xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Təbiət hadisələri günorta saatlarında 3,6 və 3,7 bal gücündə qeydə alınıb.
Zəlzələ nəticəsində dağıntı olmayıb.