Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rəşad Dağlının həbsxanada ailəsi ilə görüşündə nələr yaşandı? - Qızı ağladı

Tarix :
Rəşad Dağlının həbsxanada ailəsi ilə görüşündə nələr yaşandı? - Qızı ağladı

Noyabrın 10-da 4 ay müddətinə həbs edilən meyxanaçı Rəşad Dağlı (Rəşad Əmirov) ailəsi ilə görüşüb. 
 
BAKU.WS xəbər verir ki, bu barədə meyxanaçının övladı Yusif Əmirovun sosial şəbəkə hesabında bildirilib.
Görüş zamanı meyxanaçının qızı Betül ağlayaraq, nəzarətçilərdən atasını evə buraxmağı xahiş edib.
Betül atası ilə görüşdən sonra nəzarətçilərə "Nə olar, icazə verin, atam mənimlə evə getsin, atamı buraxın. Nə olar" sözlərini söyləyib.
Xatırladaq ki, Rəşad Dağlı (Əmirov) noyabrın 10-da qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində meyxanaçı qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb. Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.
1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb və Qaradağ rayon Prokurorluğuna gətirilib. Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.