Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İsmayıllıda qəzada xəsarət alanlardan biri də ÖLDÜ

Tarix :
İsmayıllıda qəzada xəsarət alanlardan biri də ÖLDÜ

İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin sayı artıb.
Ötən gün axşam saatlarında İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan "BMW" və "Honda" markalı avtomobillərin toqquşması nəticəsində Qəbələ rayon sakinləri, 2001-ci il təvəllüdlü İsmayılova Aytac Tərlan qızı, 1976-cı il təvəllüdlü İsmayılova Aminə Yaşar qızı, Bakı sakinləri, 1969-cu il təvəllüdlü İsmayılov Qabil Fəxrəddin oğlu, 1988-ci il təvəllüdlü Hacıyev Səməndər Fərhad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Bakı sakini, 2002-ci il təvəllüdlü Nağıyev Nurlan Anar oğlu dünyasını dəyişib.
Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan biri, 53 yaşlı Qabil İsmayılov həkimlərin səyinə baxmayaraq bu gün xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.