Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Səudiyyə Ərəbistanında çadra ilə bağlı QADAĞA

Tarix :
Səudiyyə Ərəbistanında çadra ilə bağlı QADAĞA

Səudiyyə Ərəbistanı hökuməti qız şagirdlərin məktəblərdə imtahan binalarına çadra ilə daxil olmalarının qadağan edildiyini açıqlayıb.
 
BAKU.WS xəbər verir ki, Səudiyyə Ərəbistanının Təhsil və Təlimin Qiymətləndirilməsi Komissiyası qız tələbələrin imtahan otaqlarına çadra ilə daxil olmasını qadağan edən qərar imzalayıb.
Şagirdlərdən imtahan binalarına yalnız məktəbli formasında daxil olmaq və ictimai ədəb-ərkan qaydalarına riayət etmək tələb olunur.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında 2018-ci ildə verilən qərarla niqab taxmaq məcburiyyəti ləğv edilib.