Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Albert Rıjiy”ın qatilinə 16 il həbs verildi

Tarix :
“Albert Rıjiy”ın qatilinə 16 il həbs verildi

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı kriminal avtoritet “Albert Rıjiy” ləqəbli Əli Heydərovu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məhkəmə Ə.Heydərovun qətlində təqsirli bilinən azərbaycanlı Mətləb Sultanovu 16 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Ə.Heydərov 2021-ci ilin aprelin 12-də Moskvada idman zalında odlu silahdan açılan atəşlə qətlə yetirilib.