Goranboyda bir nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.
Hadisə rayonun Borsunlu kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını qoşqulu traktora çırpılıb.
Qəza zamanı bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.


