Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Naborot qızışıyor” sözü ilə məhşurlaşan keçmiş döyüşçü vəfat etdi

Tarix :
“Naborot qızışıyor” sözü ilə məhşurlaşan keçmiş döyüşçü vəfat etdi

Ermənilərin Gəncəni raket atəşinə tutduğu günlərdə “TRT Haber” telekanalına müsahibə verərkən dediyi  “Azərbaycan əhalisi qan görəndə qorxmuyor, naoborot qızışıyor” sözləri ilə ölkədə məşhurlaşan Gəncə şəhər sakini Taryel Şahverdiyev 60 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, T. Şahverdiyev gecə saatlarında ürəktutmadan həyatını itirib.
Məlumat üçün bildirək ki, mərhum Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Taryel Şahverdiyev Bakı Dövlət Universitetində təhsilini yarımçıq qoyaraq müharibəyə yollanıb.
T. Şahverdiyevlə 2 il əvvəl çəkdiyimiz reportajı bir daha təqdim edirik: