Cəlilabadda intihar baş verib.
Hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, 56 yaşlı Minayə Əlişqızı Məmmədova yaşadığı evin həyətində özünü asıb.
İntiharın səbəbləri məlum deyil. Amma qeyd edək ki, Minayə Məmmədova xərçəng xəstəsi imiş.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.