Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Deputat Messinin geyimini 1 milyon dollara almaq istəyir

Tarix :
Deputat Messinin geyimini 1 milyon dollara almaq istəyir

Argentina millisinin kapitanı Lionel Messiyə DÇ-2022-nin mükafatlanma mərasimi zaman Qətər əmiri Təmin bin Həməd əs-Saninin hədiyyə etdiyi "Bişt" maraq yaratmaqda davam edir.
Goal.com xəbər verir ki, geyimi Omanın millət vəkili Ahmed Ar-Barvani almaq istəyir. O, bu "Bişt" üçün 1 milyon dollar təklif edib. O, hazırda 35 yaşlı forvarddan cavab gözlədiyini bildirib.
Qeyd edək ki, Qətər kişilərinin geyindiyi və ərəb mədəniyyətini simvolizə edən bu geyim ən dəbdəbəli parçadan hazırlanır və yalnız mühüm bayramlarda nazirlər, eləcə də digər vəzifəli şəxlər tərəfindən geyinilir. Ərəb mədəniyyətinə görə, sözügedən libası geyinmək üçün bu şərəfə nail olmaq lazımdır.
Xatırladaq ki, Argentina finalda penaltilər seriyasında Fransaya qalib gələrək mundialın qalibi olub. Messi turnirin ən yaxşı oyunçusu seçilib.