Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Özləri Tbilisiyə uçdu, baqajları Bakıda qaldı - Foto

Tarix :
Özləri Tbilisiyə uçdu, baqajları Bakıda qaldı - Foto

Moskvadan Tbilisiyə Bakı üzərindən uçan sərnişinlər xoşagəlməz hadisə ilə üzləşiblər.
“Qafqazinfo” xəbər verir ki, “Buta Airways” şirkətinin sərnişinləri baqajlarının itdiyini bildirirlər. Bununla bağlı sosial şəbəkələrdə məlumat yayanlar qeyd edirlər ki, baqajları Bakıda qalıb. “Buta Airways”in müştəriləri ehtimal edirlər ki, buna səbəb Moskvadan olan uçuşun gecikməsi və Azərbaycanda qısa müddətə baş verən transferə görə baqajları növbəti təyyarəyə yükləməyə vaxt olmamasıdır.
Məsələ ilə bağlı “Buta Airways” aviaşirkəti ilə əlaqə saxladıq. Şirkətdən sorğumuza cavab olaraq bildirildi ki, “Buta Airways”in Moskva-Bakı marşrutu üzrə J2 9082 reysinin bir qədər gecikməsi və aviaşirkətin Bakı-Tbilisi marşrutu üzrə J2 9229 reysinin bütün sərnişinlərinin vaxtında çatdırılması üçün 46 tranzit sərnişin Bakıdan Tbilisi şəhərinə baqajsız göndərilib: “Bütün tranzit sərnişinlərin baqajı axşam reysi ilə Bakıdan Tbilisiyə çatdırılacaq. Aviaşirkət bu barədə sərnişinlərə məlumat verəcək. Şirkət yaranan narahatlığa görə üzr istəyir”.