Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rus əsgəri Ermənistanda 37 yaşlı qadını öldürdü

Tarix :
Rus əsgəri Ermənistanda 37 yaşlı qadını öldürdü

Ermənistanda rus əsgəri qətl törədib. 
 “Shamshyan” xəbər verir ki, Ermənistanda Şirak rayon polis şöbəsinə Gümrü şəhərinin Manuşyan küçəsindəki binalardan birində qətl hadisəsinin baş verməsi barədə əməliyyat məlumatı daxil olub.
Polis və müstəntiqlər sözügedən küçənin 3A saylı binasının mənzilində kirayədə yaşayan Rusiya vətəndaşı 37 yaşlı Yekaterina B.-nin üzərində zorakılıq izləri olan meyitini aşkar ediblər və ilkin rəyə görə, o, boğularaq həyatını itirib.
Polisin araşdırması nəticəsində zərərçəkənin və onu öldürən şəxsin kimliyi yerindəcə məlum olub. Polisin Şirak rayon şöbəsinin cinayət axtarış bölməsinin əməkdaşları iddia edilən qətli törədən şəxsin kimliyini müəyyən edərək onu tapıblar.
Məlumata görə, o, Gümrü şəhərinin Şaumyan küçəsində tapılıb və qətldə şübhəli bilinərək Gümrü Polis İdarəsinə aparılıb, oradan isə Baş Hərbi İstintaq İdarəsinin 10-cu Qarnizon İstintaq İdarəsinə təqdim edilib.
Şübhəli şəxs Yekaterina B. ilə kirayədə yaşayan Rusiya Federasiyasının Gümrüdə yerləşən 102-ci hərbi bazasının müqaviləli əsgəri, Rusiya vətəndaşı 20 yaşlı Aleksey P.-dir.
Qurban rəqqasə olub. İş üzrə istintaq şöbəsində qətl əlamətləri ilə cinayət işi başlanıb.