Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Fransada DÇ-2022-nin finalının təkrar keçirilməsi tələb olunur

Tarix :
Fransada DÇ-2022-nin finalının təkrar keçirilməsi tələb olunur

Fransada futbol üzrə 2022-ci il dünya çempionatının finalının təkrar keçirilməsini tələb edirlər.
Sports.ru xəbər verir ki, bu məqsədlə Fransanın “Mesopinions” platformasında petisiya dərec edilib.
Petisiya yaradıldığı vaxtdan artıq 207 min nəfər onu imzalayıb.
“Hakimlik tamamilə pozulmuşdu, penalti yox idi, Argentinanın 2-ci qolunda Mbappeyə qarşı kobudluq var idi”, - petisiyanın müəllifi yazıb.
Xatırladaq ki, DÇ-2022-nin finalında Argentina penaltilər seriyasında Fransaya qalib gələrək dünya çempionu olub.
Qeyd edək ki, matçı polşalı Şimon Marsinyakın başçılıq etdiyi hakimlər briqadası idarə edib.