Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Çində bir gündə 37 milyon insan koronavirusa yoluxdu – Video

Tarix :
Çində bir gündə 37 milyon insan koronavirusa yoluxdu – Video

Dekabrın əvvəlindən Çində dörddə bir milyard insan koronavirusa yoluxub ki, bu da ölkə əhalisinin təxminən 18%-ni təşkil edir.
“Bloomberg” bu barədə Çin Milli Səhiyyə Komissiyasının qapalı iclasına istinadən məlumat yayıb.
Bu hesablamalara görə, Çində dekabrın 20-də bir gündə 37 milyon insan COVID-19-a yoluxub.
Agentlik bildirib ki, bu, Çində pandemiyanın başlanmasından bəri COVID-19 infeksiyalarında ən böyük artımdır.
Ən çox yoluxmuş insan Sıçuan əyalətinin cənubunda və paytaxt bölgəsində aşkar edilib: orada hər ikinci insanda COVID-19 var.