Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ermənistanda nazir 1 milyon dollar kredit götürdü

Tarix :
Ermənistanda nazir 1 milyon dollar kredit götürdü

Dekabrın 20-də Ermənistanın maliyyə naziri təyin olunan Vahe Ovannisyan bir müddət əvvəl Armen Karapetyan adlı bir şəxsdən 1 milyon dollar kredit götürüb.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Erməni nəşri öyrənib ki, Ovannisyanının 2021-ci ildə təqdim etdiyi bəyannamədə qeyd olunub ki, onun İrəvanın mərkəzində mənzili, həmçinin, şərikli mülkiyyət hüququ ilə olan torpaq sahəsi var.
Ovannisyan 3 daşınar əmlak bəyan edib: bir “Toyota” yük maşını, bir “Toyota” minik avtomobili, bir “Honda” motosikleti. Elə həmin il o, 1 milyon 50 min dollarlıq səhm alıb və 980 min dollarlıq səhmdar cəmiyyəti qurub. Həmin ildə Ovannisyan “ACMC” MMC-yə 35 milyon 380 min dram kredit verib. İnternetin açıq mənbələrində bu şirkət haqqında heç nə yoxdur və məlumatlar çox xəsisdir. 2021-ci ilin illik hesabatında bu 1 milyon dollarlıq kreditin məqsədi səhmlərin alınması kimi göstərilsə də, səhmlərin hansı şirkətdən alındığı göstərilmir.
Vahe Ovannisyan hazırda “Caritas Italiana” MMC-nin 100% və “Innogate” QSC-nin 98%-nə sahib olduğunu bildirib. “Caritas Italiana” MMC dəmir-beton konstruksiyaların istehsalı və satışı ilə məşğuldur. Ola bilsin ki, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının burada əli var.