Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Koviddən sonra qoxu itkisinin səbəbi bəlli oldu

Tarix :
Koviddən sonra qoxu itkisinin səbəbi bəlli oldu

ABŞ alimləri Kovid-19 olan insanlarda uzunmüddətli və ya daimi qoxu itkisinin səbəbini araşdıraraq öz nəticələrini paylaşıblar. Müvafiq olaraq, Kovid zamanı və ondan sonra immun hüceyrələr qoxu sinir hüceyrələrinə hücum edir və bu hüceyrələrin azalmasına səbəb olur.
 
Xarici medianın məlumatına görə, ABŞ-ın Duke Universiteti və Harvard Universiteti kimi aparıcı təhsil müəssisələrinin alimləri də COVID-19 və uzun müddət qoxu itkisi olan 9 xəstə də daxil olmaqla 24 biopsiyadan toplanmış qoxu nümunələrini analiz ediblər.
Nəticəyə əsasən, T hüceyrələri adlanan immun hüceyrələrin qoxu üçün istifadə edilən həssas burun qişasında olan həyati sinir hüceyrələrinə hücum etdiyi və bu hüceyrələrin azalmasına səbəb olduğu üzə çıxıb. Bu qeyri-adi immun reaksiya yalnız aylarla qoxu hissini itirmiş xəstələrdə görülüb.
Tədqiqatçılar qoxu neyronlarının sayına baxdıqda, uzun müddətli qoxu itkisi olanların qoxu neyronlarının əhəmiyyətli dərəcədə daha az olduğunu aşkar ediblər.
Britaniya Tibb Assosiasiyası sindikatı tərəfindən nəşr olunan tibb jurnalında dərc edilən araşdırma hesabatına görə, Covid zamanı qoxu hissini itirmiş insanların ən azı 5 faizi (dünyada təxminən 15 milyon insan) bu hissi tez bir zamanda və ya tam bərpa etmir.