Ukraynada partlayış oldu

Tarix :
Ukraynada partlayış oldu

Ukraynanın Zaporojye vilayətində partlayış olub. 
"Sputnik" xəbər verir ki, hadisə Melitopol rayonunda qeydə alınıb.
Belə ki, rayonun mərkəzində avtomobil partlayıb. Hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilib.
Ölənlər barədə məlumat verilməyib. Hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, Zaporojye vilayətinin bir hissəsi Rusiya tərəfindən işğal edilib. Rəsmi Moskva rəsmi şəkildə vilayətin ilhaq olunduğunu elan edib.