Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bir çox heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb

Tarix :
Bir çox heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz rayonunda bir sıra nöqsanlar aşkar olunub.
AQTA-dan bildirilib ki, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 9 məntəqədə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:

Sahibkarlıq subyektiÜnvanGörülən tədbir
Bakı şəhəri üzrə
1.Bədəlov Faiq Tahar oğluSuraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsiYenidən bərpa olunmuş qurğular sökülüb
2.Namazov Tujar Abizər oğluSuraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küç., ev 2Yenidən bərpa olunmuş qurğular sökülüb
3.Əhmədzadə Elvin
Müqarib oğlu
Xətai rayonu, Əhmədli qəs., Sarayeva küçəsi 20CYenidən bərpa olunmuş qurğular sökülüb
4.Mikayılov İsmayıl
Murtuza oğlu
Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9Yenidən bərpa olunmuş qurğular sökülüb
5.Məmmədov Məmməd Pərviz oğluXətai rayonu, S.Ə.Şirvani küçəsi 9Yenidən bərpa olunmuş qurğular sökülüb
6.Məmmədov Emin
Elxan oğlu
Xətai rayonu, S.Ə.Şirvani küçəsiYenidən bərpa olunmuş qurğular sökülüb
Xaçmaz rayonu üzrə
7.Əhmədov Murad
Hakim oğlu
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndiYenidən bərpa olunmuş qurğular sökülüb
8.Kərimov Eyvaz Kərim oğluXaçmaz rayonu, Köhnə Xaçmaz kəndiYenidən bərpa olunmuş qurğular sökülüb
9.Məlikməmmədov Rəşad
İlyas oğlu
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndiYenidən bərpa olunmuş qurğular sökülüb
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.