
İngiltərədə türk restoranında təşkil edilən Milad yeməyində bədbəxt hadisə yaşanıb.
Paytaxt Londonun şərqində yerləşən Çinqford qəsəbəsində türk yeməkləri təqdim edilən restoranda Milad şənliyinə qatılan onlarla insan qəfildən pisləşib. 200-ə yaxın insan ürəkbulanma və başgicəllənmə şikayətləri ilə xəstəxanaya yerləşdirilib.
Əvvəlcə kütlənin yeməkdən zəhərləndiyi düşünülsə də, sonradan həqiqət üzə çıxıb. Milad şənliyinə qatılanların dəm qazından zəhərləndiyi bildirilib.
