FİFA Nusret haqqında tədbir görəcək

Tarix :
FİFA Nusret haqqında tədbir görəcək

FİFA 2022-ci il dünya çempionatının finalından sonra türkiyəli iş adamı Nusret Gökçe də daxil olmaqla bəzi şəxslərin icazəsiz sahəyə necə girdiyini araşdırır.
Xarici KİV xəbər verir ki, restoranlar şəbəkəsinin sahibi final oyununda Argentina penaltilər seriyasında Fransanı 4:2 hesabı ilə məğlub etdikdən sonra Nusret meydana daxil olaraq Argentinanın məşhur ulduzları ilə şəkil çəkdirib. Eləcə də o, icazəsiz şəkildə dünya kubokunu tutub. 
"İcazəsiz sahəyə daxil olan şəxslərlə bağlı araşdırmalara başlanılıb. Araşdırma nəticəsində müvafiq tədbir görüləcək", - FİFA rəsmisi açıqlayıb. 
FİFA qaydalarına əsasən, kuboku yalnız turnirin qalibləri, FİFA rəsmiləri və seçilmiş dövlət başçıları saxlaya bilər.