
Kolumbiyada hərbi nəzarət məntəqəsinə yerləşdirilmiş əldəqayırma partlayıcının işə düşməsi nəticəsində 4 əsgər yaralanıb.
Xarici KİV xəbər verir ki, Antiokiya inzibati bölgəsindəki Briçeno qəsəbəsində hərbi nəzarət məntəqəsinə yerləşdirilən əl istehsalı bomba partlayıb.
Partlayışda yaralanan 4 əsgərin vəziyyətinin ağır olduğu bildirilir.
Hücuma görə, keçmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinə (FARC) bağlı silahlı qruplaşma şübhəli bilinib.
