Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ronaldo ərəblərlə 8 illik müqavilə imzalayır

Tarix :
Ronaldo ərəblərlə 8 illik müqavilə imzalayır

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanına gedib. 
Qol.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb. Bildirilib ki, 37 yaşlı oyunçu yaxın vaxtlarda "Əl-Nəsr"lə mövsümü 200 milyon avro maaşla 2,5 illik müqavilə imzalayacaq. O, başqa təklifi olmadığı üçün bu addımı atıb.
Qeyd edək ki, Ronaldo noyabda “Mançester Yunayted”lə müqaviləni ləğv etdikdən sonra azad agent olub.
***
İspaniyanın "Marca" nəşrinin yazdığına görə isə Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə razılığa gəlib. Bildirilir ki, portuqaliyalı hücumçu klubla 2030-cu ilə qədər müqavilə imzalayacaq. Qeyd olunur ki, 37 yaşlı portuqaliyalı iki il yarım futbolçu kimi, sonrakı müddətdən 2030-cu ilə qədər isə Səudiyyə Ərəbistanının futbol səfiri kimi fəaliyyət göstərəcək. 
Qeyd edək ki, Səudiyyə Ərəbistanə Misir və Yunanıstanla birgə 2030-cu il dünya çempionatına ev sahibliyi etmək istəyir.
Bildirilir ki, son iki həftədə Ronaldo transferi ilə bağlı vaxt istəyib. Ronaldo ilə "Əl-Nəsr" arasında müqavilə çox yaxın vaxtlarda imzalana bilər. Müqaviləyə əsasən, portuqaliyalı futbolçu olaraq bir ilinə 200 milyon avro alacaq. Onun 2030-cu il dünya çempionatının səfiri kimi nə qədər maaş alacağı isə məlum deyil.