Gəncədə sərnişin avtobusu aşıb.
Hadisə şəhərinin şərq çıxışında qeydə alınıb. Hərəkətdə olan 23 saylı xətt üzrə işləyən sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.