Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Erməni hərbçilərin olduğu maşın aşdı - YARALILAR VAR

Tarix :
Erməni hərbçilərin olduğu maşın aşdı - YARALILAR VAR

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Ağdarə və Yuxarı Orataq yaşayış məntəqələri istiqamətində qanunsuz erməni silahlı dəstələrinin üzvləri bir gün ərzində 2 avtoqəza törədib.
  
Erməni mətbuatı xəbər verir ki, Ağdərə istiqamətində hərəkət edən qanunsuz erməni silahlı dəstəsinə məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarında yerləşən mağazaya çırpılıb.
Sürücünün sərxoş olması səbəbindən baş verən qəza zamanı qanunsuz silahlı dəstənin bir neçə üzvü xəsarət alıb, maqazin sahibinə isə külli miqdarda maddi ziyan dəyib.
 
Məlumatda o da qeyd olunur ki, qarlı hava və yolun buz bağlaması səbəbindən qanunsuz erməni silahlı dəstəsinə məxsus “UAZ” markalı hərbi nəqliyat vasitəsi aşıb.
Hər iki qəza nəticəsində xəsarət alan qanunsuz erməni silahlı dəstələrinin üzvləri mülki xəstəxanaya aparılıb və onların vəziyyəti orta-ağır qiymətləndirilir. Hər iki maşın isə yararsız hala düşüb.