Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ukraynada Dmitri Roqozinin olduğu hotel atəşə tutuldu, ölən və yaralılar var

Tarix :
Ukraynada Dmitri Roqozinin olduğu hotel atəşə tutuldu, ölən və yaralılar var

"Roskosmos”un keçmiş baş direktoru Dmitri Roqozin Ukraynanın işğal altında olan Dontesk vilayətində yaralanıb.

"TASS” xəbər verir ki, hadisə Roqozinin ad gününü qeyd edən zaman baş verib.

Belə ki, "Şeş-Beş” hoteli Ukrayna ordusunun Sezar özüyeriyən artilleriya qurğusundan atdığı 155 mm-lik mərmilərlə atəşə tutulub.

Qeyd olunub ki, üç dəqiq atəş nəticəsində bir nəfər ölüb, D. Roqozin və bir neçə nəfər yaralanıb. "Roskosmos”un keçmiş baş direktoru xəstəxanaya aparılıb. O, kürəyindən yaralanıb, həyatı təhlükəsi yoxdur.