Bakıda müəllimlərin orta aylıq əməkhaqqı açıqlandı

Tarix :
Bakıda müəllimlərin orta aylıq əməkhaqqı açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı açıqlanıb.
Bu barədə BŞTİ-dən xəbər verilib.
Bildirilib ki, 2022-ci təqvim ilində müəllimlərin orta aylıq əmək haqqı 867 manat təşkil edib.